Türkiyə aprel ayında qaz və elektrik enerjisi tariflərini artıra bilər

Türkiyə aprel ayında qaz və elektrik enerjisi tariflərini artıra bilər
03.04.2026 22:50 Dünya

Türkiyə hökuməti aprel ayından etibarən qaz və elektrik enerjisi tariflərini artırmağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, artımın miqyası müzakirə olunur. Yekun qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənməlidir.

Agentlik mənbələrinin verdiyi məlumata görə, rəsmilər həmçinin qaz subsidiyalarının paylanmasında dəyişiklik etməyi, o cümlədən istehlak səviyyələri və regional iqlimlə daha sərt əlaqənin tətbiqini nəzərdən keçirirlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər