Tramp Türkiyəyə getdi - VİDEO

Tramp Türkiyəyə getdi - VİDEO
07.07.2026 08:26 Dünya

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.

TodayPress TV xəbər verir ki, Ağ Evin məlumatına görə, Tramp iyulun 7-də sammitin ev sahibi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Onun həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə də görüşü planlaşdırılır. Trampın Ankarada mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Sammit çərçivəsində ABŞ prezidentinin NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracağı gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər