Tramp sərt ritorikaya keçir: Putini “insanları öldürən” lider adlandırdı

Tramp sərt ritorikaya keçir: Putini “insanları öldürən” lider adlandırdı
27.05.2025 16:44 Dünya

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə münasibəti son həftələrdə ciddi dəyişiklik nümayiş etdirir.

TodayPress TV "Yle"yə istinadən xəbər verir ki, Tramp illərlə Putinə qarşı loyal münasibət sərgiləsə də, Türkiyədə sülh danışıqlarının uğursuzluqla nəticələnməsindən və Rusiyanın genişmiqyaslı hücumundan sonra ritorikasını sərtləşdirib.

Tramp ilk dəfə açıq şəkildə Putini tənqid etdi

Mayın 26-da baş vermiş raket hücumundan sonra Tramp ilk dəfə olaraq açıq şəkildə Rusiya liderinə qarşı sərt danışıb:

“Mən onu uzun illərdir tanıyıram, həmişə münasibətimiz normal olub. Amma indi şəhərlərə raket atır, insanları öldürür və bu mənim heç xoşuma gəlmir”, - deyə Tramp bildirib.

Tramp daha əvvəl də Ukraynaya edilən hücumları pisləsə də, Putini birbaşa ittiham etməkdən çəkinirdi. Bu dəfə isə o, Putin haqqında “insanları öldürür” və “dəli olmağa doğru gedir” ifadələrini işlədib.

Ağ Ev lideri, həmçinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini açıqlayıb.

Tramp sülh prosesində özünü əsas fiqur hesab edir

İlin əvvəlindən bəri Tramp Putinə qarşı konstruktiv və zaman-zaman simpatiya dolu mövqe sərgiləyib. Fevral ayında o, hətta müharibəyə görə Ukraynanı günahlandıraraq prezident Volodimir Zelenskini “diktator” adlandırmışdı. O, dəfələrlə bəyan etmişdi ki, əgər danışıqlar masasına əyləşsə, bir sutkada atəşkəsə nail ola bilər.

Tramp bunu şəxsi münasibətləri ilə əsaslandırırdı. Onun sözlərinə görə, Putinlə olan əlaqəsi müharibənin taleyini tez bir zamanda həll edə bilər.

Trampın Zelenski ilə may ayının sonunadək bir neçə dəfə görüşdüyü bildirilsə də, Putinlə şəxsi görüş baş tutmayıb. Rusiya və Ukrayna nümayəndələri 15 mayda İstanbuldakı danışıqlarda bir araya gəlsələr də, nə Putin, nə də Zelenski həmin görüşə qatılmayıb.

Danışıqlardan sonra Tramp bildirmişdi ki, Putin görüşə gəlməyəcəkdi, çünki o, özü də orada deyildi:

“Mən və Putin üz-üzə gəlmədən heç nə baş verməyəcək”, - deyə Tramp bəyan etmişdi.

ABŞ Ukrayna-Rusiya vasitəçiliyindən çəkilə bilər

Aprel ayında ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, əgər sülh prosesində irəliləyiş olmazsa, ABŞ danışıqların vasitəçiliyindən çəkilə bilər.

Tramp isə hər fürsətdə bəyan edir ki, Ukrayna ilə bağlı sülh danışıqları “irəliləyir”. Sonuncu dəfə o, keçən həftə Putinlə iki saat davam edən telefon danışığı aparıb. Danışıqdan sonra Tramp öz sosial media platformasında bildirib ki, atəşkəs danışıqları “dərhal” başlayacaq.

Amma Rusiya bu barədə heç bir açıqlama verməyib və hücumlarını davam etdirir.

Trampın səbri tükənir?

ABŞ-nin Ukraynadakı keçmiş səfiri və Trampın prezidentliyi dövründə müşaviri olmuş Kurt Volker mayın əvvəlində Kiyevdə keçirilən təhlükəsizlik forumunda bildirib ki, Tramp artıq narahatdır. Onun fikrincə, Rusiya sülh danışıqlarını uzatmaqla vaxt qazanmağa çalışır və bu, Trampın səbrini tükədir.

Bütün bunların fonunda analitiklər qeyd edirlər ki, Tramp artıq Rusiyaya qarşı daha sərt mövqedən çıxış etməyə başlayıb. Bu isə onun ikinci prezidentliyi dövründə ABŞ-nin xarici siyasət kursuna təsir edə bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 Bütün Xəbərlər