Tramp baş prokuror Pem Bondini vəzifədən azad etdi

Tramp baş prokuror Pem Bondini vəzifədən azad etdi
02.04.2026 23:20 Dünya

ABŞ prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib.

TodayPress TV  xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, Bondinin işdən çıxarılması onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Ceffri Epşteyn işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib.

"Reuters"in məlumatına görə, Tramp bildirib ki, Bondi özəl sektorda “mühüm vəzifəyə” keçəcək.

Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ikinci dəfə Nazirlər Kabineti üzvünü vəzifədən uzaqlaşdırmasıdır. O, daha əvvəl daxili təhlükəsizlik naziri Kristi Noemi də vəzifədən azad etmişdi.

Bildirilir ki, Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər