Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO

Təlim uçuşu faciə ilə bitdi:  təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO
15.06.2026 12:32 Dünya

Mardan yaxınlığındakı Sawaldher ərazisində Pakistan Hərbi Hava Qüvvələrinə məxsus PAC MFI-395 Super Mushshak tipli təlim təyyarəsi rutin uçuş zamanı texniki nasazlıq səbəbindən yerə çırpılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, təyyarə yerə düşərkən alışıb.

Hadisə nəticəsində iki pilot həlak olub. Baş leytenant Məhəmməd Qasim Abdullah (Hərbi Hava Qüvvələri) və Leytenant Taha Abbasi (Hərbi Dəniz Qüvvələri).

Həmçinin hadisə yerində iki mülki şəxs də yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.

Jalə Rövşən




XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər