Tehranın şimalında partlayış səsləri eşidildi

Tehranın şimalında partlayış səsləri eşidildi
04.04.2026 10:45 Dünya

Tehranın şimalında səhər saatlarında bir neçə partlayış baş verib.

TodayPress TV xəbər verir ki, "BFM TV" kanalının məlumatına görə, "AFP" agentliyinin jurnalisti bu gün səhər Tehranın şimal hissəsində, bir gün əvvəl güclü zərbələrə məruz qalmış ərazidə bir neçə partlayış səsi eşidib.

Məlumata əsasən, partlayışlar səhər saat 07:30 radələrində baş verib və pilotsuz uçuş aparatının səsinə bənzər güclü uğultu ilə müşayiət olunub.

Xatırladaq ki, bir gün əvvəl ABŞ və İsrail silahlı qüvvələri Tehranın Mehrabad rayonuna zərbələr endirib. Bu ərazidə paytaxtın əsas hava limanı yerləşir.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər