Tehranda saziş əleyhinə etirazlar: Əraqçi və Qalibafın istefası tələb olunur - VİDEO
İranın paytaxtı Tehran şəhərində ABŞ-la mümkün razılaşmaya qarşı etiraz aksiyası keçirilir.
TodayPress TV xəbər verir ki, etirazçılar “ABŞ-a ölüm”, “Ali dini rəhbərə dəstək”, “İslahatçılara ölüm”, “Qalibaf istefa” və “Əraqçi istefa” şüarları səsləndirirlər.
Məlumata görə, aksiya iştirakçıları sabah imzalanacağı bildirilən anlaşmaya qarşı çıxırlar. Etirazçılar həmçinin İranın xarici işlər naziri Abbas Əraqçinin çalışdığı Xarici İşlər Nazirliyinin ofisinə gedən yolları bağlayıblar.