Suriya prezidentinin Vladimir Putinlə görüşü gözlənilir
Suriya Prezidenti Əhməd Əl Şaraa Moskvaya səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Bildirilib ki, Suriya prezidenti yanvarın 28-də Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.
Xatırladaq ki, Suriya liderinin Moskvaya əvvəlki səfəri 2025-ci ilin oktyabr ayında baş tutmuşdu. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Aysel Mətləb