Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu

Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu
19.08.2026 22:20 Dünya

Sudanda üsyançı “Çevik Dəstək Qüvvələri” (ÇDQ) hərəkatının 318 döyüşçüsündən ibarət qrup ölkə ordusunun tərəfinə keçib.

TodayPress TV xəbər verir ki, bu barədə “Africanews” telekanalı məlumat yayıb.

Məlumata görə, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Hərbçilər silah və digər hərbi texnika ilə birlikdə təxminən 50 döyüş maşınında Əd-Dabbə şəhərinə gəliblər.

Əli Əhmədin sözlərinə görə, ÇDQ-dən ayrılmaq qərarı sıralarında institusional idarəetmənin olmaması səbəbindən qəbul edilib. O bildirib ki, onun bölməsi Sudanın birliyi və sabitliyi uğrunda ordu tərəfində döyüşməyə hazırdır.

ÇDQ-dən ayrılanları sərhəd qoşunlarının komandanı polkovnik Məhəmməd Saleh Yunis qarşılayıb və digər döyüşçüləri də silahlı qüvvələrə qoşulmağa çağırıb.

Xatırladaq ki, bu, bir həftə ərzində baş verən ikinci eyni hadisədir. Avqustun 13-də Sudan hakimiyyəti ÇDQ-nin 21 komandiri və 270 döyüşçüsünün 37 döyüş maşınını təhvil verərək ordu tərəfinə keçdiyini açıqlamışdı.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər