“Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti
"Biz aydın şəkildə görürük ki, Azərbaycanın siyasəti artıq çoxdan regionun gündəmini aşaraq Avropa və dünya ilə daha geniş əlaqələr əlaqələr tələb edən səviyyəyə çatıb".
TodayPress TV xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko "Bizim Media" portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın siyasət və maraqlarının ən çox kəsişdiyi məkan məhz Avropadır:
"Azərbaycanın bu gün iqtisadi siyasət baxımından ixtisaslaşdığı və sahib olduğu imkanlar özünü dünyanın ən böyük ödəniş bazarlarından biri olan Avropa İttifaqı bazarında daha yaxşı reallaşdırmağa doğru gedir. Təbii ki, Azərbaycan bu istiqamətdə sadəcə alqı-satqı münasibətləri deyil, infrastruktur münasibətləri qurmağa çalışır".
Sabiq lider həmçinin qeyd edib ki, Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var.