Elmin Əliyev bürünc medal qazandı
Azərbaycan güləşçisi Elmin Əliyev U-20 dünya çempionatında bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətlə qarşılaşıb.
Elmin Əliyev rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb. Dünya Güləş Birliyinin məlumatına görə, U-20 dünya çempionatı avqustun 16-dan 23-dək Slovakiyanın Bratislava şəhərində keçirilir.