Siyarto: “Macarıstan öz əsgərlərini Yaxın Şərqə göndərməyəcək”
“Macarıstan Yaxın Şərqdə heç bir hərbi əməliyyatda iştirak etməyi planlaşdırmır və oraya qoşunlarını göndərməyəcək”.
TodayPress TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərlə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatla bağlı Macarıstanın Baş naziri Viktor Orbana kömək istəyib-istəmədiyi ilə bağlı sualı təkzib edib:
"Heç kim bizdən heç nə istəməyib və Baş nazir əsgərlərimizi Yaxın Şərqə göndərməyəcəyimizi açıq şəkildə bildirib".
Aysel Mətləb