Sırskı “Artıq olar…” dedi
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən ayrıldıqdan sonra Aleksandr Sırskinin ilk fotosu yayılıb.
TodayPress TV xəbər verir ki, şəkil Sırskinin Telegram kanalında paylaşılıb. Fotoya əlavə edilən qısa qeyddə “Artıq olar…” ifadəsi yer alıb.
Qeyd edək ki, bu vaxta qədər Sırskinin Telegram kanalında yalnız xidməti fəaliyyəti ilə bağlı fotolar dərc olunurdu.
Kübra Musayeva