Si Cinpin orduda nəzarəti gücləndirdi
Si Cinpin Çin Xalq Azadlıq Ordusu üzərində tam nəzarəti möhkəmləndirib və bu da onun Tayvana mümkün hücum üçün imkanlarını genişləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The wall street journal" məlumat yayıb.
“Son üç ildə Çin lideri altı yüksək rütbəli generalından beşini vəzifəsindən kənarlaşdırıb.
Əsas epizod Mərkəzi Hərbi Komissiyanın sədr müavini və Si Cinpinin yaxın müttəfiqi general Çjan Yusyanın həbsi olub. Onun 24 yanvarda vəzifəsindən azad edilməsi Çinin hərbi rəhbərliyini ölkə liderinin qərarlarını məhdudlaşdıra biləcək şəxslərdən məhrum etdi”, - nəşr bildirib.