Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı

Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı
27.07.2026 17:20 Dünya

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin Şərq əyalətində yerləşən neft obyektlərinə və paytaxt Ər-Riyada yönəlmiş pilotsuz uçuş aparatlarının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, rəsmi Riyadın məlumatına görə, PUA-lar İraq ərazisindən buraxılıb və hədəflərə çatmadan məhv edilib.

Bununla yanaşı, Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (Husilər) hərəkatı bu iddianı təkzib edərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Husilər bildiriblər ki, əsas hədəflər Səudiyyə Ərəbistanının Əbqaiq (Abqaiq) neft emalı kompleksi və paytaxt Ər-Riyad olub.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər