Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı
Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev beynəlxalq turnirə təyinat alıb.
TodayPress TV xəbər verir ki, bu barədə AZƏRTAC-a referi özü məlumat verib.
A.Şirəliyev iyulun 31-dən avqustun 2-dək Türkiyənin Kocaeli şəhərində böyüklər arasında keçiriləcək sərbəst və yunan-roma güləşi üzrə beynəlxalq turnirə Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi (deleqat) təyin olunduğunu bildirib:
“Bu təyinat mənə göstərilən böyük etimaddır. Təşkilat bu təyinatları hakimlərin təcrübəsinə, peşəkarlığına və idarəetmə bacarıqlarına əsaslanaraq verir. Bu, həm Azərbaycan güləşinin, həm də hakimlik məktəbimizin nüfuzunun növbəti göstəricisidir”.
Xatırladaq ki, referi daha əvvəl Rusiya və Türkiyədə keçirilən müxtəlif beynəlxalq yarışlarda deleqat kimi fəaliyyət göstərib.
Namiq HUN