Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış
Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürüb.
TodayPress TV xəbər verir ki, ilk yarış günündə xalça üzərinə çıxan beş yunan-Roma güləşçimizdən üçü yarımfinal mərhələsinə vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində yarışan Ömər Salmanov 1/4 finalda iranlı Esmaeili Leivesi 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
U-17 dünya çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayan Orxan Həbibli (65 kiloqram) ilə İsfahan Həsənov (80 kiloqram) da yarımfinala qədər bütün rəqiblərinə qalib gəliblər. Orxan 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib. İsfahan isə 1/4 finalda türkiyəli Abdulxaliq Balıya 5:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.
Namiq HUN