"Saudi Aramco" Asiya üçün qiymətləri endirdi - 4 dollar ucuzlaşma
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" may ayındakı rekord artımdan sonra iyun ayı üçün Asiya bazarına çıxardığı neftin satış qiymətlərini aşağı salıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şirkətin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, asiyalı alıcılar üçün "Arab Light" markalı neftin qiyməti bir barel üzrə 4 dollar ucuzlaşıb.
Aysel Mətləb