Şahbaz Şərif Kanadanın Baş nazirini Pakistana dəvət etdi

Şahbaz Şərif Kanadanın Baş nazirini Pakistana dəvət etdi
14.04.2026 00:17 Dünya

Kanadanın Baş naziri Mark Karni bu gün axşam pakistanlı həmkarı Şahbaz Şərifə zəng edib.

TodayPress TV xəbər verir ki, bu barədə Şərif "X" sosial şəbəkəsində yazıb.

"Mən ABŞ və İran arasında atəşkəsə və danışıqlara kömək göstərilməsində Pakistanın səylərinə Kanadanın verdiyi dəstəyə görə ona təşəkkür etdim", - deyə o qeyd edib.

Şərif Pakistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini yenidən təsdiqləyib. Tərəflər həmçinin ticarət və kənd təsərrüfatı, yaşıl enerji, dağ-mədən sənayesi və mineral ehtiyatlara investisiyalar sahəsində Pakistan-Kanada əməkdaşlığını möhkəmləndirmək barədə razılığa gəliblər.

"Mən həmçinin baş nazir Karnini hər iki tərəf üçün münasib vaxtda Pakistana rəsmi səfərə dəvət etdim", - deyə Şərif vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər