Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - VİDEO

Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - VİDEO
20.09.2026 07:54 Dünya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında Ukrayna himnini oxuyub.

TodayPress TV xəbər verir ki, Saakaşvili məhkəmə prosesində Ukrayna Silahlı Qüvvələrinin formasını geyinməsinə icazə verilmədiyini bildirib.

“Ukraynalı olmağın insan xüsusiyyəti kimi qəbul edilməsindən qorxan prokurorların olduğu bu qondarma məhkəmədə Ukrayna Silahlı Qüvvələrinin formasını geyinməyə icazə vermədilər. Mən də yumşaq desək, o qədər də yaxşı olmayan səslə himni oxumağa qərar verdim”, – Saakaşvili “Gordon”un müxbirinə deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər