Ryabkov: "Fransa və Britaniya nüvə koordinasiyasını dərinləşdirir"

Ryabkov: "Fransa və Britaniya nüvə koordinasiyasını dərinləşdirir"
22.12.2025 17:42 Dünya

Fransa və Böyük Britaniya nüvə sahəsində koordinasiyanın yeni mərhələsinə keçiblər.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Paris və London artıq birgə nüvə planlaşdırması aparır və bu, vahid plan çərçivəsində nüvə silahından istifadə ehtimalını da nəzərdə tutur.

Ryabkov bu açıqlamanı Valday müzakirələri zamanı səsləndirib. O vurğulayıb ki, iki ölkənin nüvə sahəsində əməkdaşlığı nümayişkaranə şəkildə dərinləşir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-də də nüvə silahlarının modernləşdirilməsi ilə bağlı planlar açıqlanıb. Pentaqon nümayəndələri Donald Tramp administrasiyası dövründə nüvə triadasının yenilənməsinin prioritet olduğunu bildiriblər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər