Rutte Berlində Ukrayna üzrə danışıqlara qatılacaq
Dünya
15.12.2025 17:38
NATO-nun baş katibi Mark Rutte Almaniyada Ukrayna ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının rəsmi saytında məlumat verilib.
Məlumata görə, Rutte 15 dekabrda Almaniya kansleri Fridrix Mertsin təşkil etdiyi Ukrayna üzrə liderlər toplantısı üçün Berlinə səfər edəcək.
Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenin də Ukrayna üçün sülh planı ilə bağlı danışıqlar aparmaq məqsədilə həmin gün axşam saatlarında Berlinə gələcəyi bildirilib.
Xatırladaq ki, dekabrın 14-də Berlində ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində ABŞ–Ukrayna danışıqlarının ilk raundu keçirilib. ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu açıqlayıb.
Jalə Rövşən
tag: Fridrix Merts,Mark Rutte,NATO,Ukrayna,Todaypress.tv,
