Rusiya yeni cəbhələr açır: Putin açıqladı

Rusiya yeni cəbhələr açır:   Putin açıqladı
30.06.2026 11:26 Dünya

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov və Sumı vilayətləri istiqamətində yeni cəbhə xətləri açdığı barədə məlumatlar yayılıb.

TodayPress TV xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiya qoşunları hazırda Sumıdan 10,5 km məsafədə qərarlaşıb, Slavyansk istiqamətində isə ön xəttə 8–9 km məsafə qalıb.

Putin  Ukraynanın cəbhədəki əməliyyatlarını və Qərbin mövqeyini sərt tənqid edib:

"Əgər Ukrayna həqiqətən əraziləri azad edirsə və qalib gəlirsə, o zaman Qərb liderləri sadəcə gözləməlidirlər. Bu təqdirdə Rusiyanın strateji məğlubiyyəti onsuz da öz-özünə baş verəcək. Boş yerə çaba göstərməsinlər."

Bəyanatda həmçinin Ukraynanın Rusiya infrastrukturuna hücumlarının döyüş meydanındakı və təmas xəttindəki vəziyyətə heç bir təsir göstərmədiyi vurğulanıb. Hücumların əsas məqsədinin Rusiya ordusunun irəliləyişini müvəqqəti də olsa dayandırmaq və Kiyev üçün əlverişli şərtlərlə danışıqlara zəmin hazırlamaq olduğu bildirilib:

"Biz onlara bu şansı verməyəcəyik. Rusiyanı döyüş meydanında əsla məğlub edə bilməzsiniz".

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər