Rusiya və İran iqtisadi komissiya iclası keçirəcək
Rusiya XİN rəhbərnin müavini Andrey Rudenko iranlı həmkarı Hamid Qənbəri ilə görüşdə fevralın 16–18-də Tehranda keçirilməsi planlaşdırılan Rusiya–İran daimi ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasına hazırlıq məsələlərini müzakirə edib.
TodayPress TV xəbər verir ki, Rusiya XİN-in məlumatında tərəflərin növbəti iclasın təşkilinə yönəlmiş intensiv hazırlıq işlərinin davam etməsindən məmnunluq ifadə etdikləri bildirilir.
Qiymət Mahir