Rusiya Ukraynaya aid 59 PUA-nı məhv etdi
Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 59 ədəd PUA məhv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 11-i Qara dəniz üzərində, 10-u Krasnodar, 8-i Bryansk, 6-sı Lipetsk, 4-ü Kaluga, 4-ü Azov dənizi üzərində, 4-ü Adıgey Respublikası üzərində, 4-ü Krım, 3-ü Moskva, o cümlədən biri Moskva istiqamətində, 2-si Belqorod, 1-i Voronej, 1-i Smolensk və 1-i Tula vilayətində vurulub.