Qonşu ölkədə zəlzələ baş verdi
Ermənistanda zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 2-də yerli vaxtla saat 19:05-də İcevan şəhərindən 14 kilometr şimalda 10 kilometr dərinlikdə 2,4 maqnitudalı zəlzələ baş verib.
Məlumata görə, zəlzələnin episentrində intensivlik 3 bal təşkil edib.
Kübra Musayeva