FİFA prezidentindən Özbəkistan millisinə: “Heç bir arzu əlçatmaz deyil”

FİFA prezidentindən Özbəkistan millisinə: “Heç bir arzu əlçatmaz deyil”
02.07.2026 21:39 İdman

FİFA prezidenti Canni İnfantino Özbəkistan milli komandasını tarixində ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, o, bununla bağlı paylaşımında Özbəkistan millisinin uğurunun ölkə futbolu üçün mühüm hadisə olduğunu vurğulayıb.

“Komandanız bütün dünyaya və ölkənizdə yaşayan insanlara göstərdi ki, heç bir arzu əlçatmaz deyil. FIFA dünya çempionatında ilk qolunuzu vurduğunuzu öz gözlərimlə gördüm. Həmin an sizin və stadiondakı azarkeşlərin keçirdiyi güclü emosiyaları hiss etdim. Şübhə etmirəm ki, bu təcrübə Özbəkistanda futbolun inkişafına böyük töhfə verəcək. Gələcəkdə sizə uğurlar arzulayıram”, – deyə İnfantino bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər