Fidan: İsrailə dəstək ABŞ-nin üzərinə əlavə yükdür

Fidan: İsrailə dəstək ABŞ-nin üzərinə əlavə yükdür
02.07.2026 22:42 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin İsrailə verdiyi dəstəyin artıq Vaşinqtonun milli maraqlarına uyğun olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, nazirin sözlərinə görə, amerikalı siyasətçilər indiyədək İsraili bu dəstəyin ABŞ-nin maraqlarına xidmət etdiyini düşündükləri üçün dəstəkləyiblər. O qeyd edib ki, uzun illər ərzində İsrailə dəstək ilə ABŞ maraqlarının qorunması arasında əlaqə dəyişməz aksioma kimi qəbul olunub.

Fidan vurğulayıb ki, Qəzzada baş verən hadisələrdən sonra ilk dəfə olaraq dərc edilən analitik materiallarda mövcud sistemin artıq ABŞ-nin öz maraqlarına zidd işlədiyi qənaəti irəli sürülür.

“Nəticədə heç kim öz maraqlarına qarşı işləyən bir sistemin davam etməsini istəmir”, – deyə Türkiyənin XİN başçısı əlavə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər