Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərləndi
Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb.
Zəhərlənənlərdən 54-i uşaqdır.
Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər.
Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.