Qətər İranı “qırmızı xətləri keçməkdə” ittiham edir
"İran ölkənin infrastrukturuna hücum etməklə bir sıra “qırmızı xətləri” keçib".
TodayPress TV xəbər verir ki, bunu Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib.
O qeyd edib ki, bu addımlar Qətərin suverenliyinə təhdid yaradır və rəsmi Doha cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Əl-Ənsari əlavə edib ki, İranın artıq keçdiyi qırmızı xətlərin sayı çoxdur və vəziyyət ciddi olaraq qalır.
Türkan İsgəndərli