Pistorius Berlindəki Ukrayna danışıqlarını dəyərləndirdi

Dünya

16.12.2025 16:52

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna ilə bağlı Berlində keçirilən danışıqları “yaxşı” qiymətləndirib.

TodayPress TV xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, Pistorius Ukrayna üçün mümkün çoxmillətli qüvvələrin yaradılması ilə bağlı müzakirələrdə birbaşa iştirak etməyib. Nazir bildirib ki, hazırda heç bir ölkə Avropanın Ukraynaya təhlükəsizlik zəmanətlərini hansı formada və necə üzərinə götürəcəyini dəqiq müəyyən edə bilməz.

Onun sözlərinə görə, çoxmillətli qüvvənin yaradılması və Bundesverin mümkün iştirakı Bundestaqın mandatını, həmçinin komandanlıq və fəaliyyət mexanizmləri ilə bağlı suallar doğurur. Pistorius vurğulayıb ki, ilk növbədə Aİ ölkələri Ukrayna ilə bağlı gələcək danışıqlarda məsuliyyət götürməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.

Qeyd edək ki, 14–15 dekabr tarixlərində Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında sülh danışıqları aparılıb. Məlumata görə, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əsas hissəsi razılaşdırılıb, lakin Donbas və Zaporojye AES-lə bağlı məsələlər hələ açıq qalır.

Jalə Rövşən 

TodayPress TV

tag: Almaniya,Boris Pistorius,Ukrayna,Berlin,Todaypress.tv,