Pentaqon ABŞ qırıcısının təcili eniş etdiyini təsdiqlədi
Dünya
19.03.2026 23:29
Pentaqon Amerikanın “F-35” qırıcı təyyarəsinin İran üzərində döyüş tapşırığını yerinə yetirdikdən sonra Yaxın Şərqdəki aviabazaya təcili eniş etdiyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə agentliyə sorğu göndərən “RİA” məlumat yayıb.
Bildirilib ki, onlar pilotun vəziyyətinin sabit olduğunu dəqiqləşdirib və hadisə ilə bağlı araşdırma aparıldığını əlavə ediblər.
Xatırladaq ki, daha əvvəl “CNN” mənbələrə istinadən Amerikanın “F-35” təyyarəsinin Yaxın Şərqdəki ABŞ bazasına təcili eniş etdiyini və bunun İranın hava hücumu səbəbindən baş verdiyini bildirrib.
Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri vurulan qırıcı təyyarəni göstərən İranın optik-tronik sistemindən çəkilmiş görüntüləri yayımlayıb.
Aysel Mətləb
tag: Pentaqon,ABŞ,Təyyarə,İran,TodayPress TV,
