Paşinyan: "Qarabağ hərəkatı davam etdirilməməlidir"
Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.
"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - deyə o bildirib və əlavə edib ki, İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb.