Orban Zelenskiyə: "Daxili işlərimizə qarışmayın!"
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək ölkəsinin daxili proseslərinə müdaxiləni dayandırmağı tələb edib.
TodayPress TV xəbər verir ki, Orban bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, ukraynalılar Macarıstanda seçki kampaniyasında fəal iştirak edir və şəxsi maraqları naminə onların siyasi rəqiblərini maliyyələşdirirlər.
“Ukraynalılar Macarıstanda seçki kampaniyasında fəal iştirak edirlər. Onlar şəxsi maraqları naminə bizim rəqiblərimizi maliyyələşdirirlər. Müdaxiləni dayandırın”, – deyə Orban yazıb.
Baş nazir vurğulayıb ki, Macarıstan xalqı öz gələcəyini özü müəyyən etməlidir.
Qiymət Mahir