Orban: Ukraynaya qaz verilişi dayandırılır — Şərt açıqlandı
Macarıstan Ukraynaya qaz tədarükünü Rusiya neftinin tranziti bərpa olunana qədər dayandıracaq.
TodayPress TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Facebook” platformasında yayımlanan video müraciətində bildirib.
Onun sözlərinə görə, bu addım ölkəyə qarşı tətbiq edilən neft blokadasını yarmaq və enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
“Biz mərhələli şəkildə Ukraynaya qaz tədarükünü dayandıracağıq, qalan qaz həcmlərini isə ölkə daxilində saxlayacağıq”, — deyə Orban vurğulayıb.
Qeyd edək ki, Rusiya neftinin Ukrayna üzərindən “Drujba” kəmərinin cənub xətti ilə Slovakiya və Macarıstana nəqli 27 yanvarda dayandırılıb.
Qiymət Mahir