Nigeriya Böyük Britaniyadan təzminat tələb edir

Nigeriya Böyük Britaniyadan təzminat tələb edir
08.02.2026 15:45 Dünya

Nigeriya məhkəməsi Böyük Britaniyanın 1949-cu ildə öldürülmüş şaxtaçıların ailələrinə 567 milyon dollar təzminat ödəməsinə dair qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

1949-cu il noyabrın 18-də müstəmləkə administrasiyasının polisi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil élan edən və şaxtanı ələ keçirən şaxtaçılara atəş açıb.

Nəticədə 21 nəfər həlak olub, 51 nəfər yaralanıb. Məhkəmə qərarına əsasən, həlak olanların hər birinin ailəsi 27 milyon dollar təzminat almalıdır.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər