Netanyahu: “İranın polad istehsal gücünün 70%-ni məhv etmişik”
"Amerikalı dostlarımızla birlikdə İrana zərbələr endirməyə davam edirik, komandirləri məhv edirik, körpüləri və infrastrukturu hədəf alırıq".
TodayPress TV xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, son günlərdə İsrail hava qüvvələri İranın polad istehsal gücünün 70%-ni məhv edib. Baş nazir əlavə edib ki, bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunu həm maliyyə resurslarından, həm də xeyli miqdarda silah istehsal etmək qabiliyyətindən məhrum edən böyük bir nailiyyətdir.
Aysel Mətləb