Netanyahu: "İranın enerji obyektinə hücumu İsrail edib"
Dünya
20.03.2026 14:23
İsrailin Baş naziri Beyjamin Netanyahu açıqlayıb ki, İranın enerji obyektinə edilən hücum tamamilə İsrail tərəfindən müstəqil şəkildə həyata keçirilib və ABŞ bu əməliyyatda birbaşa iştirak etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Netanyahu bildirib ki, hücum İsrailin təhlükəsizlik maraqları əsasında planlaşdırılıb və ABŞ administrasiyası qərarın hazırlanmasında iştirak etməyib. Hücum İranın əsas qaz infrastrukturlarından birinə yönəlib və ölkənin hərbi-strateji məqsədlərinə uyğun olub.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp İsrailə belə hücumların təkrarlanmaması ilə bağlı müraciət edib. Netanyahu qeyd edib ki, Trampın çağırışı nəzərə alınacaq və gələcəkdə oxşar hücumların təkrarlanma ehtimalı yüksəkdir.
Türkan İsgəndərli
tag: Netanyahu,İsrail,İran,ABŞ,Todaypress.tv,
