Nepalda daşqın nəticəsində ölənlərin sayı 1127-yə çatdı

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1127-yə çatdı
02.09.2026 09:23 Dünya

Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, təxminən 4,5 min nəfər itkin hesab olunur.

Daşqınlar avqustun 26-da ölkədə baş verən güclü təbii fəlakətdən sonra qeydə alınıb. Tibetdə baş verən zəlzələ və torpaq sürüşməsi Lhende çayının qarşısını kəsib. Daha sonra suyun qəfil boşalması Bhote Koşi çayında səviyyənin kəskin yüksəlməsinə səbəb olub.

Məlumata görə, itkin düşənlər arasında 39 ölkənin 592 vətəndaşı da var.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər