Alimlər qaranlıq materiyaya aid ola biləcək siqnal aşkarladı!

Alimlər qaranlıq materiyaya aid ola biləcək siqnal aşkarladı!
02.09.2026 07:00 Dünya

ABŞ-nin Cənubi Dakota ştatında keçmiş qızıl mədənində, yerin təxminən 1,5 kilometr dərinliyində aparılan "LUX-ZEPLIN" (LZ) təcrübəsi zamanı alimlər qaranlıq materiyaya aid ola biləcək siqnal aşkarlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təcrübə Sanford Yeraltı Tədqiqat Mərkəzinin bazasında aparılıb. Burada xüsusi detektor 10 ton maye ksenonla doldurulub. Alimlər qaranlıq materiyanın ehtimal olunan hissəciklərinin ksenon atomları ilə nadir toqquşmalarını qeydə almağı planlaşdırırlar. Qaranlıq materiyanın hissəcikləri roluna əsas namizəd zəif qarşılıqlı təsir göstərən massiv hissəciklər – WIMP-lər hesab olunur.

Tədqiqatçılar ksenon atomunun nüvəsi ilə WIMP arasında ehtimal olunan qarşılıqlı təsirə uyğun gələ biləcək tək bir hadisə – nüvə geri təpməsi aşkar ediblər.

Tədqiqatın aparıcı müəllifi, Bristol Universitetinin fiziki Sem Eriksen bildirib ki, bu hadisə tək olduğu üçün onun qaranlıq materiya olduğunu dəqiq söyləmək mümkün deyil.

Fiziklərin sözlərinə görə, müşahidə olunan nəticələrin başqa izahı da ola bilər. Buna görə də tədqiqatçılar hazırda siqnalın alternativ mənbələrini istisna etməyə çalışırlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər