Goranboydakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA

Goranboydakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA
02.09.2026 02:46 Hadisə

Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Nizami kəndi yaxınlığında gecə saatlarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı ilkin məlumat sentyabrın 2-də gecə saatlarında daxil olub.

Hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

FHN bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər