ABŞ İranın cənubunda toy mərasiminə zərbə endirdi: Yaralılar var

ABŞ İranın cənubunda toy mərasiminə zərbə endirdi: Yaralılar var
02.09.2026 08:43 Dünya

ABŞ qüvvələrinin İranın cənubundakı Hörmüzqan əyalətində toy mərasiminin keçirildiyi məkana zərbə endirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, “Tasnim” xəbər agentliyinin məlumatına görə, hadisə Sirik rayonunda baş verib.

Zərbə nəticəsində 68 nəfərin yaralandığı açıqlanıb.

Hörmüzqan qubernatorunun müavini Əhməd Nəfisi hücum zamanı çox sayda insanın xəsarət aldığını bildirib. Bundan başqa, ABŞ qüvvələrinin Kuhestak şəhərində yaşayış binasına da zərbə endirdiyi iddia olunur.

İran rəsmiləri hadisəni sərt şəkildə pisləyib. İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Zəhra Behruzazar ABŞ ordusunun hərəkətlərini “cinayət” adlandırıb.

Qeyd edək ki, ABŞ və İran arasında bölgədə gərginlik son günlər daha da artıb. Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər