Merts Trampın açıqlamasını kəskin tənqid etdi
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın NATO müttəfiq qüvvələrinin Əfqanıstandakı hərəkətləri ilə bağlı açıqlamasını sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
"Müttəfiqimiz olan ABŞ-nin maraqları naminə yerinə yetirdiyimiz missiyanın bu gün ləkələnməsinə imkan verməyəcəyik", - deyə Merts vurğulayıb.
O bildirib ki, zamanla sınaqdan keçirilmiş ittifaqları qəsdən pozmaq olmaz.
Aysel Mətləb