Mark Rutte Kiyevə səfər etdi
Dünya
03.02.2026 14:02
NATO-nun baş katibi Mark Rutte Kiyevə gedib və səfərinə Ukrayna Ali Radasında çıxışla başlayıb.
TodayPress TV "Gazeta.ru"ya istinadla xəbər verir ki, çıxış parlamentin rəsmi "YouTube" kanalında yayımlanıb.
NATO baş katibinin səfər proqramı hələ açıqlanmayıb. Medianın məlumatına görə, Rutte Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin hərbi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.
Yanvar ayında Rutte NATO ölkələrinin liderləri ilə pərdəarxası məsləhətləşmələr apardığını və Ukraynanın ona verilən uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsini müzakirə etdiyini açıqlamışdı.
Rutte əvvəllər Avropada Ukrayna üçün silah ehtiyatlarının tükəndiyini bildirmişdi.
O qeyd etmişdi ki, üç-dörd illik müharibədən sonra Avropadakı silah ehtiyatlarının böyük hissəsi məhv edilib və ya tükənib, bu isə ABŞ-də qalan ehtiyatlara daha çox güvənməyi zəruri edir.
Jalə Rövşən
tag: Mark Rutte ,NATO,Ukrayna ,Volodimir Zelenski,Todaypress.tv,
