Macarıstan və Sloveniya arasında yeni qaz kəməri çəkiləcək
Dünya
20.03.2026 02:30
Macarıstan Sloveniya ilə iki ölkə arasında İtaliya dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazı qəbul etməyə imkan verəcək qaz kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer ilə müqavilə imzaladıqdan sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, iki ölkə əvvəllər elektrik sistemlərini birləşdirib, indi də qaz boru kəmərləri sistemləri ilə eyni şeyi edəcək. Nazirin sözlərinə görə, 115 kilometrlik boru kəməri planlaşdırılır.
"Birinci mərhələdə onun gücü ildə 440 milyon kubmetr olacaq, daha sonra isə 1,7 milyard kubmetrə qədər artırıla bilər ki, bu da Macarıstanın Sloveniya vasitəsilə İtaliyadan mayeləşdirilmiş təbii qaz almasına imkan verəcək", - deyə xarici işlər naziri bildirib.
Aysel Mətləb
tag: Macarıstan,Sloveniya,İtaliya,Siyarto,TodayPress TV,
