Macarıstan Aİ-dən MİLYARDLARLA avro gözləyir

Macarıstan Aİ-dən MİLYARDLARLA avro gözləyir
28.05.2026 23:15 Dünya

Macarıstanın yeni hökuməti Avropa İttifaqının (Aİ) xüsusi fondundan payına düşən milyardlarla avronun ayrılacağını gözləyir.

TodayPress TV xəbər verir ki, bu bəyanatla Macarıstanın Baş naziri Peter Madyar Brüsselə etdiyi ilk rəsmi səfəri zamanı çıxış edib.

Macarıstan telekanalları tərəfindən yayımlanan videomüraciətində Madyar bildirib:

"Biz mühüm danışıqlar mərhələsinə qədəm qoymuşuq. Qarşıda hələ görüləsi çox işimiz var – hansı ki, əvvəlki hökumət bir neçə il ərzində bunları qəsdən yerinə yetirmirdi. Lakin hazırda biz razılığın əldə olunmasına çox yaxınıq".

Baş nazir etiraf edib ki, Avropa Komissiyası ilə prinsipial razılığa gəlmək üçün nizamlanmalı olan bir sıra məsələlər hələ də açıq qalmaqdadır.

Qeyd edək ki, onun mayın 29-u Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşü planlaşdırılıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər