Lukaşenko müharibəyə hazırlaşır
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Belta” agentliyinin məlumat yayıb.
O qeyd edib ki, silahlı qüvvələrin yaradılması və saxlanılması məhz bu məqsədə xidmət edir. Lukaşenko vurğulayıb ki, Belarus müharibə istəmir, lakin ordunun mövcudluğu mümkün təhlükələrə cavab vermək üçündür.
Prezident əlavə edib ki, ölkə vətəndaşları və hərbçilər müharibənin nə olduğunu yaxşı bilirlər və buna görə də sülh tərəfdarıdırlar. Bununla belə, o, hər hansı təhdid halında Belarusun cavab verməyə hazır olduğunu bildirib.
Türkan İsgəndərli