Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər

Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər
13.08.2026 08:28 Dünya

Livan parlamenti ölkədə son 30 ildən çox müddətdə ən böyük əfv qərarını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, qanun layihəsi uzun sürən siyasi müzakirələrdən sonra parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib.

Qərara əsasən, 14 ildən çox həbsdə olan bəzi şəxslər, cəzalarını başa vursalar da cərimələri ödəyə bilmədikləri üçün həbsdə saxlanılan məhbuslar azadlığa buraxıla bilər.

Əfv qərarı bəzi narkotik cinayətləri və oğurluqla bağlı məhkumluqlara da şamil ediləcək. Həmçinin müəyyən kateqoriyadan olan və hazırda xaricdə yaşayan livanlıların ölkəyə qayıtmasına icazə veriləcək.

Lakin terrorizm, müharibə cinayətləri, xəyanət, casusluq və digər ağır cinayətlər üzrə məhkum olunanlar əfvə düşməyəcək.

Hazırda Livan həbsxanalarında və istintaq təcridxanalarında təxminən 8 min məhbus və təqsirləndirilən şəxs saxlanılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər