Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi

Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi
13.08.2026 08:24 İdman

Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romeronun Madrid “Atletiko”suna transferinin maliyyə detalları açıqlanıb.

TodayPress TV xəbər verir ki, insayder Fabrizio Romano “X” sosial şəbəkəsində argentinalı futbolçunun transferi barədə məlumat yayıb.

Bildirilir ki, “Atletiko” 28 yaşlı müdafiəçinin keçidi üçün bonuslar da daxil olmaqla 40 milyon avro ödəyəcək. Tərəflər arasında müqavilə 5 illik imzalanıb.

Məlumata görə, Romeronun “İnter”ə mümkün transferi ilə bağlı danışıqlar hələ iyul ayında baş tutmayıb. “Barselona” isə bir neçə gün əvvəl argentinalı futbolçunun transferi ilə bağlı danışıqlardan çəkilib. “Arsenal”ın marağına gəlincə, “Tottenhem”in futbolçunu birbaşa rəqibinə satmaq niyyətində olmadığı qeyd olunur.

Daha əvvəl Romano klublar arasında danışıqların uğurla yekunlaşdığını açıqlamışdı.

Kristian Romero 2025/2026 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 32 matçda iştirak edib. O, bu görüşlərdə 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Romero 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub. “Transfermarkt” portalında müdafiəçinin bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər