CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib?

CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib?
13.08.2026 02:10 Dünya

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının blokadası bərpa edildikdən bəri 59 kommersiya gəmisinin istiqamətini dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"USS George H.W. Bush (CVN 77) təyyarədaşıyan gəmisi İrana qarşı Amerika blokadasına riayət olunmasını təmin etməyə davam edir. Avqustun 12-nə olan məlumata görə, ABŞ qüvvələri blokadaya tam riayət olunmasını təmin etmək üçün 59 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və iki gəmiyə baxış keçirib", - məlumatda qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər